Azərbaycan hökuməti neftin indiki qiymətindən razıdır - Nazir

16:41 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. Azərbaycan neftin indiki qiymətlərindən razıdır, lakin prioritet olaraq onların sabitliyidir.

ABC.AZ xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov Rusiya Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, istehsalçı ölkə olaraq bu qiymət, təbii ki, bizi qane edir.

"Amma əsas odur ki, bu qiymət sabitdir. Əsas məqsəd neftin qiymətinin sabit və proqnozlaşdırıla bilən olmasıdır. Azərbaycan neftin daha baha olmasını istəmir. Hesab edirik ki, bu qiymətlər hətta bir qədər aşağı ola bilər. Onlar elə olmalıdır ki, təkcə istehsalçı ölkələr üçün deyil, həm də istehlakçı ölkələr üçün rahatlıq olsun”, - deyə nazir qeyd edib.

 

Bütün xəbərlər