330x110
 

Neft bahalaşır, Brent bir barelə $84,63 təşkil edir

15.10.2021,09:53


15 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri cümə günü ticarətində artır.

Saat 9:16-da London ICE Futures birjasında Brent üzrə dekabr fyuçerslərinin qiyməti $0,63 (0,75%) bahalaşaraq bir barelə $84,63 təşkil edib. Oktyabrın 14-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersi $0,82 (0,99%) artaraq bir barelə $84,00 təşkil edib.

Saat 9:16-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI-nin noyabr ayı üçün fyuçerslərinin qiyməti $0,57 (0,70%) artaraq bir barelə $81,88 təşkil edib. Oktyabrın 14 - də baş tutmuş hərracların nəticələrinə görə, noyabr fyuçersinin dəyəri $0,87 (1,08%) artaraq bir barelə $81,31  təşkil edib.

Brent neftin qiyməti bu həftə 2,5%, WTI isə 3,5% artımla başa çatdırıla bilər.

ABŞ Energetika Nazirliyinin həftəlik məruzəsinin məlumatına görə, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 6,09 mln. barrel artaraq 426,98 mln. barelə çatıb. Benzinin əmtəə ehtiyatları 1,96 milyon barel azalıb və 223,11 milyon barel təşkil edib. Distillatların kommersiya ehtiyatları 24 min barel, 129,31 milyon barelə qədər azalmışdır.