“OBA” marektdə yeyinti faktı - Böyük məbləğdə pul mənimsənib

10:38 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. “OBA” marektdə 73 min manatlıq yeyinti olub.

Lənkəran rayon prokurorluğundan ABC.AZ-a daxil olan məlumata görə, “Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı ilə bağlı müraciət araşdırılıb. Aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin filialda satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadə 28.03.2017-ci il tarixdən 21.05.2018-ci il tarixdədək olan müddətdə cəmiyyətə məxsus qeyri-qida məhsullarını kassadan kənar şəkildə müxtəlif şəxslərə və ticarət obyektlərinə sataraq əldə etdiyi 73 min 907 manat məbləğində pul vəsaitini xəzinəyə ödəməyərək özünün şəxsi ehtiyacları üçün sərf edib.

Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər