330x110
 

Ən çox bahalaşan ərzaq məhsulları - Siyahı

15.10.2021,10:53


15 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2021-ci ilin yanvar-sentyabr ayları üzrə istehlak qiymətlərinin indeksi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub.

Sözügedən dövrdə digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Müəllif: Elmir Murad