Səkkiz ayda orta aylıq nominal əməkhaqqı neçə manat olub?

11:09 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 725,6 manat olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artım deməkdir.

Sözügedən dövrdə iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər