Azərbaycan Türkiyə ilə qaz müqaviləsi imzaladı

11:27 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq və Bakı-Tbilisi-Ərzurum xətti ilə nəql ediləcək əlavə 11 milyard kubmetr təbii qaz ticarəti müqaviləsi imzalanıb.

O qeyd edib ki, Türkiyə əlavə təbii qaz təchizatı mövzusunda əhəmiyyətli irəliləyişlər əldə edib: "Türkiyənin ciddi bir enerji böhranı ilə üzləşdiyi dövrü, uğurlu bir diplomatiya ilə aşacağını vurğulayan Dönmez qeyd edib ki, qış yaxınlaşdıqca arta biləcək təbii qaz tələbatının qarşılanması üçün aparılan danışıqlar müsbət bir şəkildə davam edir".

 

Bütün xəbərlər