Sahibkarlara maliyyə dəstəyi üzrə layihə başlanır

12:13 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. Dövlət Məşğulluq Agentliyi Azərbaycanda sahibkarlara maliyyə dəstəyi üzrə layihəyə başlayacaq.

ABC.AZ-ın məlumatına görə, bunu agentliyin sosial tərəfdaşlıq departamentinin rəhbəri Fatimə Ələkbərova "Qadınların Azərbaycanın kənd təsərrüfatında rolu" adlı konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində sahibkarların müraciətləri gələn həftədən başlayaraq qəbul olunacaq:

"Layihə çərçivəsində FAO ilə birgə treninqlər keçiriləcək, eləcə də agentlik aqrar sektor üzrə sahibkarların müraciətlərinin qəbuluna başlayacaq. Öz əməkdaşlarının ştat sayını artırmaq niyyətində olan sahibkarlar bizə müraciət etməklə işçilərin əməkhaqlarının 50 faizinin bizim tərəfimizdən təmin olunması üçün dəstək ala bilər".

 

Bütün xəbərlər