330x110
 

Son sutkada 31 mindən çox vaksin vurulub

15.10.2021,14:57


15 oktyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus əleyhinə 31 417 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 346, ikinci mərhələ üzrə 19 071 nəfərdir.

Vurulun vaksinlərin ümumi sayı 9 138 351, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 942 003, ikinci mərhələ üzrə isə 4 196 348 nəfər təşkil edir.