Kür çayına nərə balıqları buraxılıb - Foto

15:12 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş “Zəngin hövzələr” layihəsi çərçivəsində nərə balıqlarının suya buraxılması mərasimi keçirilib.

ABC.AZ xəbər verir ki, IDEA İctimai Birliyinin rəsmilərinin, könüllülərin, məktəblilərin iştirakı ilə keçirilən tədbir zamanı akvakultura şəraitində yetişdirilmiş 10000 nərə balığı Kür çayına buraxılıb, həmçinin zavodun ərazisində ağacəkmə aksiyası keçirilib.

"Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Müəllif: Elmir Murad


Bütün xəbərlər