330x110
 

BVF Azərbaycan iqtisadiyyatının bu il 3 faiz artmasını gözləyir – Proqnoz

15.10.2021,15:39


15 oktyabr, Fineko/abc.az. Azərbaycan iqtisadi artım tempi aybaay sürətlənir.

ABC.AZ xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatınfa qeyd olunub.

Məlumata görə, 2021-ci ilin ilk 9 ayında Azərbaycanda ÜDM-in artım tempi 6,2 faiz böyüyən qeyri-neft sektorunun drayverliyilə 4,8 faiz qeydə alınıb:

“BVF Azərbaycan iqtisadiyyatının bu il 3 faiz artmasını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir və milli iqtisadiyyata güvənin artmasını göstərir. Lakin milli iqtisadiyyatın artım tempi həm BVF-nin, həm də Dünya Bankının proqnozlarını əhəmiyyətli şəkildə üstələyir. Artıq Azərbaycanda iqtisadi artım tempi “Dünya iqtisadi icmalı”nda Orta Şərq və Mərkəzi Asiya üçün proqnozlaşdırılan 4,1 faizlik həddi üstələyib”.

Müəllif: Elmir Murad