330x110
 

Azərbaycan dördüncü sənaye inqilabının tələblərinə uyğun inkişaf edir - İİTKM-dən açıqlama

15.10.2021,16:00


15 oktyabr, Fineko/abc.az. “Azərbaycanda ÜDM istehsalının 40,1 faizi sənayenin payına düşür ki, bu da orta dünya göstərici 24,8 faizdən əhəmiyyətli üstündür.

ABC.AZ xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd olunub.

Müqayisə üçün qeyd edilib ki, sənayenin ÜDM-də payı Mərkəzi Avropa və Baltik ölkələrində 27,2 faiz, Avrozonada 21,5 faiz və OECD ölkələrində isə 21,1 faizdir.

"Azərbaycanda sənayenin strukturunda da qeyri-neft-qaz sektorunun xüsusi çəkisi daha sürətlə artır. Azərbaycan dördüncü sənaye inqilabının tələblərinə uyğun inkişaf edir", - deyə məlumatda vurğulanıb.