Neftin qiyməti artmaqda davam edir, Brent bir barelə $85,75 təşkil edir

09:59 - 18.10.2021


18 oktyabr, Fineko/abc.az. Ötən həftənin yekunları üzrə xeyli artımdan sonra bazar ertəsi günü ticarət zamanı neftin etalon markalarının qiyməti artmaqdadır.

Saat 09:18-də London ICE Futures birjasında Brent üzrə dekabr fyuçerslərinin qiyməti $0,89 (1,05%) bahalaşaraq bir barelə $85,75 təşkil edib. Oktyabrın 15-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersi $0,86 (1,14%) artaraq bir barelə $84,86 təşkil edib.

Saat 09:18-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI-nin noyabr ayı üçün fyuçerslərinin qiyməti $1,20 (1,46%) artaraq bir barelə $83,48 təşkil edib. Oktyabrın 15 - də baş tutmuş hərracların nəticələrinə görə, noyabr fyuçersinin dəyəri $0,97 (1,19%) artaraq bir barelə $82,28  təşkil edib.

Brent neftin qiyməti keçən həftə 3%, WTI isə 3,69% artmışdır.

 

Bütün xəbərlər