330x110
 

Azərbaycanda ən çox sürülən avtomobillər - Siyahı

18.10.2021,10:20


18 oktyabr, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 1 milyon 473 min 563 ədəd təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2019-ci illə müqayisədə 55 min 159 ədəd artım deməkdir.

Minik avtomobillərinin sayı 50 min 449 ədəd artaraq 1 milyon 264 min 542 ədədə, yük avtomobillərinin sayı 4 min 112 ədəd artaraq 154 min 659 ədədə yüksəlib. Avtobusların sayı isə 26 ədəd azalaraq 30 min 757 ədədə düşüb.

Minik avtomobillərin markaları üzrə bölgüsünə görə, Azərbaycanda ən çox VAZ, Mercedes, Hyundai, Opel, Toyota, KİA, Nissan, BMW, Chevrolet, Volkswagen və Mitsubishi markalı avtomobillər sürülür.

Müəllif: Elmir Murad