Sığorta sektorunun islahat edilməsinə ehtiyac var - Ekspert

10:53 - 18.10.2021


18 oktyabr, Fineko/abc.az. Azərbaycanda ümumiyyətlə sığorta bazarı, bank sektorundan xeyli geridə qalıb.

Bunu ABC.AZ-a eksert Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, sığorta sektoru inkişaf etmir.

Ekspert bunun səbəbini belə izah edib: “Vətəndaşlar, sahibkarlar banklara məcburiyyətdən gedirlər. Kiməsə pul qoymaq, pul köçürmək, kredit götürmək lazımdır. Amma sığorta sektoru biraz fərqlidir, yəni orada icbari sığorta deyilsə çox az insan könüllü sığortaya meyillidir. Bu da onun nəticəsidir ki, sığorta şirkətlərinə etimad yoxdur. Burda maliyyə hesabatlarının da əlbəttəki rolu var. İnsanlar fikirləşmir ki, mən gedəcəm sığorta alacam. Açığını desəm insanlar sığortaçıları səmimi, dürüst hesab etmirlər, elə bankirləri də. Amma buna baxmayaraq bankirlərimizin də, sığortaçılarımızın da içində yaxşıları, yəni dürüstləri, savadlıları əlbəttəki var. Amma ümumi mövqe belədir. Sadəcə bankların xidmətindən istifadə etməyə insanlarımız bir qayda olaraq məcburdur.  Amma sığortaçların yox. Əgər söhbət icbari sığortadan getmirsə. Azərbaycanda sığorta sektorunun ümumiyyətlə islahat edilməsinə ehtyac var. Artıq iki ilə yaxındır ki, bu sektor Mərkəzi Banka verilib və ölkənin əsas Bankı dəfələrlə bəyan edib ki, bu sahədə nəsə hazırlayır. Amma ortada hələlik bir şey yoxdur. Sığorta sektoru ilə bağlı qanunvercilikdə son iki ildə hec nə dəyişməyib. Nə qanunlar da, nə də ümumiyyətlə sığorta nəzarəti sistemində dəyişiklik yoxdur”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər