“Google”dan Azərbaycana jest

11:25 - 18.10.2021


18 oktyabr, Fineko/abc.az. “Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib.

ABC.AZ-ın məlumatına görə, şirkət əlamətdar hadisə üçün dudl hazırlayıb.

Belə ki, Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid baş verir.

Xatırladaq ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.

 

Bütün xəbərlər