Prezident Füzulidə “Ağıllı kənd” layihəsi ilə tanış olub

12:04 - 18.10.2021


18 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev və  xanımı Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd” layihəsi ilə tanış olublar.

ABC.AZ xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma layihə haqqında məlumat verdi.

Yaşıl və alternativ enerjinin, "ağıllı idarəetmə" sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub.

Burada, həmçinin məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar yaradılacaq. Kəndin ətrafında isə “Ağıllı kənd” təsərrüfatı sahəsi olacaq.

Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək.

 

Bütün xəbərlər