Bir milyondan çox kapitalı olan şirkət yenə adını dəyişdi

14:39 - 18.10.2021


18 oktyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən şirkət ikinci dəfə ad dəyişiminə məruz qalıb.

ABC.AZ-ın məlumatına görə, bu 1 milyon 100 min manat nizamnamə kapitalına malik olan “İnternational Development Group” MTK şirkətidir. Şirkət adını dəyişərək “Avant Group” MTK-ya çevrildiyini elan edib.

Qeyd edək ki, şirkət 2012-ci ildə dövlət qeydiyyatına alınmıb.

MTK-nın qanuni təmsilçisi Kazımlı Kamran Rizvan oğlu, hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov, ev6,mənzil 589-dur. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər