Türk lirəsi gücünü itirməyə davam edir - Yenə gerilədi

15:04 - 18.10.2021


18 oktyabr, Fineko/abc.az. Bugünkü hərraclar zamanı Türkiyə lirəsinin dollar qarşısında yenidən geriləyib.

ABC.AZ-ın məlumatına görə, türk lirəsinin dollara qarşıməzənnəsi 9,28 TL/USD-dək geriləyərək dördüncü dəfədir tarixi minimumu yeniləyib.

Bütün bunlar sentyabrın 23-də Mərkəzi Bank tərəfindən faiz dərəcəsinin 19-dan 1 faizədək azaldılması fonunda yaşanır.

Ötən həftə ölkə Prezidentinin sərəncamı ilə Mərkəzi Bankın sədr müavinləri Semih Tümən ilə Uğur Namiq Küçükün istefaya göndərilməsindən sonra lirənin dollara qarşı məzənnəsi 9,18 TL/USD-yədək geriləyib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər