330x110
 

Füzulidə kəndlərdə hər bir evin 12 sot torpağı olacaq – Prezident

18.10.2021,15:56


18 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi oktyabrın 17-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Füzuli rayonunda bir sıra təməlqoyma mərasimlərinə qatılıblar.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı təməlqoyma mərasimlərinin birində Füzulinin torpağından danışıb: "Torpaq yaxşı, münbit torpaqdır. İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq”.