Azərbaycanda əhalinin neçə faizi peyvənd olunub?

10:46 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Azərbaycanda əhalinin 49 faizi koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunub.

ABC.AZ xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib. Vaksinasiya olunmayanlar isə hələ ki, ölkə əhalisinin 51 faizini təşkil edir. 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 18-nə olan son statistikasına görə, ölkədə tətbiq olunan peyvəndlərin ümumi sayı 9 milyon 195 min 023, birinci mərhələ üzrə vaksin olunanların sayı 4 milyon 964 min 341, ikinci mərhələ üzrə isə 4 milyon 230 min 682 nəfər təşkil edir.

 

Bütün xəbərlər