Gəlirlərini qiymətli kağızlar üzrə investisiyalardan qazanan bank

11:07 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Pakistan Milli Bankının Bakı filialı 2021-ci ilin 9 ayı ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabatda bankın zərər etdiyi açıqlanıb.

Buna baxmayaraq sözügedən dövrdə gəlirləri də olub. Filialın gəlirlərinin 262 min manatı qiymətli kağızlara investisiyalar üzrədir.

30 Sentyabr 2021-ci il tarixində Pakistan Milli Bankının Bakı filialı 9 milyon 652 min manat cəmi aktivlərə, o cümlədən 840 min manat kredit portfelinə malik olub.

Aktivlərin 3 milyon 292 min manatını isə qiymətli kağızlara investisiyalar təşkil edib.

 

Bütün xəbərlər