İcbari tibbi sığorta xidmətləri sahəsində rəqabətlə bağlı yeni qərar - Detallar

11:18 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən icbari tibbi sığorta xidmətləri sahəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair yekun qərar qəbul edilib.

ABC.AZ xəbər verir ki, işə baxılması zamanı özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən hərəkətətlərə yol verildiyi müəyyən olunub.

Qərara əsasən, hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulmaması, həmin müəssisələrlə müvafiq müqavilənin bağlanması və antiinhisar qanunvericiliyinin pozulmasına səbəb olan digər halların aradan qaldırılması barədə göstəriş verilib.

 

Bütün xəbərlər