Bravo istiqrazları listinqə daxil edildi

11:34 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. 14 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 AZN  olan 10 000 ədəd, yəni 10 milyon manat istiqrazlar 3 il müddətində tədavüldə olacaq, onların illik gəlirliliyi 10.5%-dir. Faizlər rüblük ödəniləcək.

Qeyd olunur ki, yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC -dir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Bütün xəbərlər