330x110
 

Azərbaycan holdinqi Ukraynada sement zavodunu ala bilər - Danışıqlar aparılır

19.10.2021,11:47


19 oktyabr, Fineko/abc.az. Beynəlxalq strateji investor olaraq Azərbaycanın "NEQSOL Holding" şirkəti Ukraynada investisiya portfelinin genişlənməsində, xüsusən də tikinti materialları bazarına daxil olmasında maraqlı olduğunu bildirib.

ABC.AZ-ın məlumatına görə, hazırda holdinq və Ukraynanın ən böyük sement istehsalçı olan "İvano-Frankovsksement" Özəl Səhmdar Cəmiyyətinin (ÖSC) səhmdarları danışıqların son mərhələsindədir.

18 oktyabr tarixində "NEQSOL Holding" ÖSC-nin səhm paketini almaq üçün Ukraynanın Antiinhisar Komitəsinə (AMKU) müraciət edib.

Ukraynada əqdin maliyyələşdirilməsi aparıcı beynəlxalq maliyyə institutları və bankları tərəfindən təmin olunması planlaşdırılır. Danışıqlar davam etdiyinə görə, əqdin kommersiya şərtləri açıqlanmır.

NEQSOL Holding yeni əqdin AMKU tərəfindən təsdiqlənməsinə ümid edir. Holdinq, Avropanın ən müasir yüksək texnoloji və iqtisadi cəhətdən səmərəli sement istehsalı müəssisələrindən birini yaratmış İvano-Frankovsksement şirkətinin rəhbərliyinin və işçilərinin nail olduqları uzunmüddətli üstün nəticələri yüksək qiymətləndirir.

2019-cu ildə NEQSOL Holding Ukraynanın ən böyük telekommunikasiya operatorlarından biri olan Vodafone Ukrayna şirkətini alıb. 2021-ci ilin əvvəlində NEQSOL Holding-in Kiyevdə regional ofisi açılmışdır.