330x110
 

Büdcənin icrası zamanı bu qədər profisit yaranıb

19.10.2021,12:36


19 oktyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2021-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 17 milyard 871,6 milyon manat vəsait daxil olub.

ABC.AZ-ın məlumatına görə, büdcədən isə 17 milyard 711,9 milyon manat vəsait xərclənib.

Bununla da büdcənin icrası zamanı 159,7 milyon manatlıq profisit (artıqlıq) yaranıb.

Müəllif: Elmir Murad