Azərbaycanın reklam bazarı müzakirə edilib - Çətinliklər qabardılıb

16:19 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. "Azərbaycanda reklam bazarı: mövcud vəziyyət və perspektivlər" mövzusunda forum keçirilib.

ABC.AZ xəbər verir ki, tədbirdə KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun Azərbaycanda reklam bazarı sahəsində mövcud vəziyyətin və çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin dövlət-özəl dialoqu vasitəsilə reklam bazarı iştirakçılarının çətinliklərinin öyrənilməsi və birgə həll yollarının tapılması üçün səmərəli platforma olacağını vurğulayıb, reklam sahəsində ictimai iştirakçılığın genişləndirilməsinə, sahibkarların müvafiq sahə ilə bağlı məlumatlığının artırılmasına dair təkliflər səsləndirib.

Qeyd olunub ki, reklam fəaliyyəti sahəsində birliklər, şuralar, assosiasiyalar və digər qeyri-hökumət təşkilatları yaradıla bilər. Sahibkarların reklam ödənişləri, qayda və prosedurlar barədə məlumatlığını artırmaq üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün KOBİA-nın regionlarda fəaliyyət göstərən KOB dostu ofislərində və KOB inkişaf mərkəzlərində ADRA ilə birgə seminar və görüşlər keçirilə bilər.

 

Bütün xəbərlər