330x110
 

Mərkəzi Bank yeni milli inkişaf strategiyası müəyyən edib - Elman Rüstəmov

20.10.2021,12:18


20 oktyabr, Fineko/abc.az. Azərbaycanda post-pandemiya, postneft və postkonflikt dövrünün çağrışlarını nəzərə alan ölkə prezidenti 5 milli prioritet müəyyənləşdirib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

"Bu günlərdə hökumət və AMB yeni milli inkişaf strategiyası müəyyən edib. Bu strategiya 2030-cu ilə qədər hesablanıb. Onun 1-ci mərhələsi 2022-2026-cı illəri əhatə edəcək. Bu strategiyanın əsas elementləri iqtisadi artım, iqtisadi şəffaflıq, şaxələnmə, yaşıl iqtisadiyyat, ətraf mühit, inkluzivlik və digər dünyada baş verən ən müasir proseslərə cavab olaraq müəyyənləşdirilib. Strategiyada ən mühüm istiqamətlərdən biri bütövlükdə iqtisadiyyatın şaxələndirilməsidir, dövlət investisiyalarının özəl investisiyalarla əvəz edilməsidir. Burda bank sektorunun üzərinə olduqca böyük məsuliyyət düşür, sektorun qarşısında olduqca böyük çağırışlar var", - o deyib.