330x110
 

Ova cəhd edənlər saxlanılıb

20.10.2021,14:19


20 oktyabr, Fineko/abc.az. Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın Quba bölməsinin ərazisində ova cəhd edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən ABC.AZ-a bildirilib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Əli Quliyev və Quba rayon sakini Səxavət Zalov olduğu müəyyən edilib: “Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb”.