Xəstəxana direktoru rüşvət alarkən saxlandı

15:03 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru saxlanılıb.

Baş Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Müəyyən edilib ki, Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2.000 manat pul vəsaitinin 1.000 manatını alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub.

 

Bütün xəbərlər