330x110
 

Azərbaycanın strateji valyuta ehtiyatları artıb - Böyük məbləğ

20.10.2021,15:56


20 oktyabr, Fineko/abc.az. İlin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 2 milyard dollardan çox artıb.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, bu trend ilin sonuna qədər davam edəcək. Mərkəzi Bankın saytında dərc edilmiş tədiyə balansına əsasən, 2021-ci ilin birinci yarısında neft-qaz sektoru üzrə profisit $4,6 milyard (artım 40,7%), qeyri-neft sektoru üzrə kəsir $2,7 milyard (artım 1,8%) təşkil edib. 2021-ci ilin yanvar-iyun aylarında neftin bir barelinin orta qiyməti $57,7 (bir il əvvəl $41,8) təşkil edib.