330x110
 

Kənd təssərüfatı sahəsində yeni dövr - Blokçeynin tətbiqinə başlanıb

20.10.2021,16:11


20 oktyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ölkədə ilk dəfə blokçeyn texnologiyası tətbiq edib.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Agentlik zəruri tədbirlər həyata keçirir.

Keyfiyyətsiz, mənşəyi bilinməyən əkin materiallarının, həmçinin dövlət reyestrində qeydiyyatda olmayan bitki toxumlarının ticarət dövriyyəsinə daxil edilməsinin və istifadəsinin qarşısını alınması məqsədilə Agentlik beynəlxalq standartlara uyğun vahid etiketləşdirmə və sertifikatlaşdırma həyata keçirir.