330x110
 

Zəngilan hava limanının modeli təqdim edilib – Foto

20.10.2021,16:32


20 oktyabr, Fineko/abc.az. Tikilməkdə olan Zəngilan hava limanının modeli təqdim olunub.

ABC.AZ Banker.az-a istinadən həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 26-da Zəngilan rayonunda beynəlxalq hava limanının təməlini qoyub. Dövlət başçısı bildirib ki, Zəngilan beynəlxalq hava limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Prezident bunun işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olduğunu deyib.

“Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq”,- dövlət başçısı vurğulayıb.