330x110
 

Bu istiqamətdə qatarların sayı artırılır

20.10.2021,17:20


20 oktyabr, Fineko/abc.az. Sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların sayı artırılacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-dən ABC.AZ-a daxil olan məlumata görə, bu addın sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə atılır.

Belə ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə çatdırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.

O cümlədən, Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.

Müəllif: Elmir Murad