330x110
 

Tesla 1 milyard dollardan çox mənfəət əldə edib

21.10.2021,10:38


21 oktyabr, Fineko/abc.az. Ən iri elektrikli avtomobil istehsalçılarından biri "Tesla" cari ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, qalmaqallı milyarder Elon Mask tarixində 2-ci dəfə bir rübdə 1 milyard dollardan artıq mənfəət əldə edib.

Çip böhranı və təchizat problemləri fonunda əksər istehsalçılarda satış həcminin azalmasının əksinə olaraq, "Tesla" sentyabrın sonunda bitən rübdə satışlarını artıraraq, bütün modellərdən cəmi 241 300 ədəd elektromobil təchiz edib.

13,76 milyard dollarlıq gəlirin 12,06 milyard dolları avtomobil biznesindən, 806 milyon dolları günəş enerjisi və batereya biznesindən, 894 milyon dolları xidmətlər və digər gəlirlərdən ibarətdir.

Şirkətin 3-cü rüb üzrə xalis mənfəəti 1,62 milyard dollar təşkil edib.

Xatırladaq ki, öncəki rübdə Tesla 1,14 milyard dollar mənfəət əldə etmişdi.