330x110
 

Gömrük Komitəsi 9 ayda dövlət büdcəsinə 3 milyarddan çox pul ödəyib

21.10.2021,11:34


21 oktyabr, Fineko/abc.az. Cari ilin doqquz ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 193,2 milyon manat vəsait təmin edilib.

ABC.AZ xəbər verir ki, bu da proqnoza nisbətən 352,2 milyon manat və ya 12,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 238 milyon manat  və ya 8,1 faiz çoxdur.

Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi birlikdə proqnozdan əlavə dövlət büdcəsinə 1 milyard 418.9 milyon manat cəlb ediblər.