Azərbaycan İnvestisiya Holdinqi Qazaxıstan Fondu ilə memorondum imzalayıb

14:44 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbərliyi Qazaxıstanda səfərdə olub.

ABC.AZ-ın məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti bu ölkənin "Samruk-Kazyna" SC Milli Rifah Fondunun rəhbərliyi ilə görüşüb.

Görüşdə nəqliyyat-tranzit, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrdən və məsləhətləşmələrdən sonra iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

 

Bütün xəbərlər