Azərkosmos auditor axtarır

15:00 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. “Azərkosmos” ASC Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 12.11.2021 11:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22.11.2021 11:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 23.11.2021 11:00 tarixində aparılacaq.

Telefon: (994 12) 3100055

Əlaqələndirici şəxs: Pərviz İsgəndərov

 

Bütün xəbərlər