Turan Bank-ın gəlirləri 15% artıb

15:17 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. Cari ilin 9 ayında “Turan Bank”ın gəlirləri 34 milyon 522 min manat (illik müqayisədə 15% çox), xərcləri 33 milyon 491 min manat (18% çox) təşkil edib.

ABC.AZ Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin 3-cü rübünü 404 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 1 milyon 414 min manat olub.

 

Bütün xəbərlər