Turan Bank 9 ayın hesabatını açıqladı

15:49 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında “Turan Bank”ın aktivləri 671 milyon 282 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 22% çoxdur. Bunun 408 milyon 819 min  manatı müştərilərə verilmiş kreditlərdir.

Son 9 ayda Bankın kredit portfeli 16.4% böyüyüb.

ABC.AZ Bankın maliyyə hesabatına istinadən xəbər verir ki,  hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 24% artaraq 584 milyon 725 min manata, o cümlədən depozit portfeli 29% arataraq 361 milyon 854 min manata, balans kapitalı isə  8% artaraq 86 milyon 557 min manata çatıb.

 

Bütün xəbərlər