Premium Bank-ın gəlirləri azalıb

11:13 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. “Premium Bank” ASC cari ilin 3-cü rübünü 6 milyon 999 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 7 milyon 650 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 8.5% azdır.

ABC.AZ xəbər veirr ki, bu barədə  Bankın maliyyə hesabatında qeyd edilir.

Hesabatda qeyd olunur ki, cari ilin 9 ayında Bankın gəlirləri 34 milyon 898 min manat (illik müqayisədə 7% az), xərcləri 35 milyon 846 min manat (6% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib. Xərclər gəlirləri üstələdiyindən 948 min manat əməliyyat zərəri yaranıb.

 

Bütün xəbərlər