Premium Bank 9 ayın hesabatını açıqladı

11:27 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. Cari ilin oktyabrın 1-nə “Premium Bank”ın aktivləri 655 milyon 451 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 0,3% çoxdur. Bunun 509 milyon 191 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 11% kiçilib.

ABC.AZ xəbər verir ki, bu barədə  bankın maliyyə hesabatında qeyd edilir.

Hesabatda qeyd olunur ki,  bankın  öhdəlikləri 3,6% azalaraq 468 milyon 435 min manata düşüb, balans kapitalı isə 34% artaraq 187 milyon 16 min manata çatıb.

 

Bütün xəbərlər