330x110
 

9 ayda ARDNF-in gəlirləri nə qədər təşkil edib - Hesabat

22.10.2021,11:54


22 oktyabr, Fineko/abc.az. Cari ilin 9 ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun  (ARDNF) büdcə gəlirləri 10 444,5 milyon manat, büdcə xərcləri isə 7 328,2 mln. manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə  Fondun hesabatında qeyd edilir.

Hesabatda qeyd olunur ki, cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 178,2 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 384,4 mln. manat, bonus ödənişləri 772,0 mln. manat, tranzit gəlirləri 16,5 mln. manat, akrhesabı ödənişlər 5,3 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 266,3 mln. manata bərabər olmuşdur.