330x110
 

Azərbaycanda 376,1 min nəfər sosial müavinət və ya kompensasiya hesabına yaşayır

12.04.2018,16:03


12 aprel, Fineko/abc.az. Azərbaycanda müavinət və kompensasiya alan insanların sayı artıb.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə sosial müavinət və ya kompensasiya təyin olunmuş şəxslərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artaraq 376,1 min nəfər təşkil etmişdir.

“2006-cı il iyul ayının 1-dən verilən ünvanlı dövlət yardımı ölkədə 80,1 min ailə və ya 326,6 min nəfər alır”, - Tahir Budaqov belə deyib.