330x110
 

Daha bir məktəb koronavirusa görə bağlandı

22.10.2021,14:05


22 oktyabr, Fineko/abc.az. Bakıda 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.

Qeyd olunur ki, məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.