Müəllimlərə üçüncü doza peyvənd vurulacaq

14:38 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. Səhiyyə Nazirliyi hər iki doza vaksin olunmuş müəllimlərin ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməsini zəruri hesab edir.

ABC.AZ xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır.

 

Bütün xəbərlər