Bankların kredit portfeli 9,8 % artıb

17:16 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. Kredit portfelinin artım trendi sentyabr ayında da davam edib. Bankların kredit portfeli hesabat ayında 2,2 % (331,9 milyon manat) artaraq 15 milyard 538,7 milyon manat olub.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 9,8 % artıb.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 79,8 %). Bankların depozit portfeli sentyabr ayında 4 faiz (900,3 milyon manat) artıb (ilin əvvəlindən 14,1 faiz artım).

 

Bütün xəbərlər