330x110
 

Neftin qiyməti artmaqdadır, Brent bir barelə $86,27 təşkil edir

25.10.2021,09:18


25 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri bazar ertəsi günü ticarətində artmaqdadır.

Saat 09:02-də London ICE Futures birjasında Brent üzrə dekabr fyuçerslərinin qiyməti $0,74 (0,87%) bahalaşaraq bir barelə  $86,27  təşkil edib. Oktyabrın 22-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersi $0,92 (1,09%) artaraq bir barelə $85,53 təşkil edib.

Saat 09:02-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI-nin noyabr ayı üçün fyuçerslərinin qiyməti $0,84 (1,0%) yüksələrək bir barelə $84,60 təşkil edib. Oktyabrın 22 - də baş tutmuş hərracların nəticələrinə görə, noyabr fyuçersinin dəyəri $1,26 (1,53%) artaraq bri barelə $83,76   təşkil edib.

Keçən həftə ərzində Brent 0,79%, WTI markalı neft isə 1,8% artıb.