330x110
 

Xalis mənfəəti 2 milyon manatdan çox artan Bank - Hesabat

25.10.2021,11:05


25 oktyabr, Fineko/abc.az. “Rabitə Bank” ASC-nin xalis mənfəəti 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 752 min manat və ya 71,1% artaraq 6 milyon 625 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın hesabatında qeyd olunub.

Qeyd edək ki, Bank 2020-ci ilin 9 ayını 3 milyon 873 min manat xalis mənfəət ilə başa vurmuşdu.

Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.

Müəllif: Elmir Murad