330x110
 

“Şahdağ”da qeyri-xizək turizm növlərinin təkmilləşdirilməsi üçün proqramlar hazırlayırıq – Açıqlama

25.10.2021,15:18


25 oktyabr, Fineko/abc.az. Biz hazırda “Şahdağ” yay-qış turizm kompleksində qeyri-xizək turizm növlərinin təkmilləşdirilməsi üçün proqramlar hazırlayırıq.

Bunu ABC.AZ-a açıqlamasında Naxçıvana mediatur çərçivısində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

İcraçı direktor sözügedən ərazi ilə bağlı hazırlanan proqramın detallarına varmasa da, ərazi barədə fikirlərini bölüşdü:

"Hesab edirəm ki, insanlar, məsələn, müəyyən marştutları piyada və velosipedlərlə qət edərək dağlarda bitən müalicəvi bitkilərin axtarışına çıxa bilər. Yekunda isə "Tufandağ”, “Şahdağ” və “Ağbulaq” arasında üçlü komplekt olaraq Azərbaycanı turizmini təklif edən kurortların turizm təcrübələrini tərtib edə bilərik. “Ağbulaq” kompelsi cəmi bir ay sonuncu qış mövsümündə fəaliyyət göstərib və bir ayda da on min ziyarətçi qəbul edib. Bu rəqəm məni optimist olmağa gətirir ki, onlar bu il tam qış mövsümünü işləyə biləcək və onlarda yay mövsümü üçün yeni turizm xidmətləri göstərmətə həm motivasiya, həm də müəyyən ehtiyyat əmələ gələcək”.

Müəllif: Elmir Murad