330x110
 

Qubadlıya 500 min manat ayrıldı - Prezidentdən Sərəncam

25.10.2021,16:09


25 oktyabr, Fineko/abc.az. Prezident "Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında" Sərəncamı imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması üçün 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb.